Şəhidi olmayan xalqın Vətəni olmaz -

Şəhidi olmayan xalqın Vətəni olmaz - FOTO

26 Oktyabr 2023

Bu fikirlər Culfada şəhid Kənan Quliyev və Miryasin Seyidovun anım mərasimində səsləndirilib.

NAXCİVANXEBERLERİ.COM məlumat verir ki, Azərbaycan xalqının qəhrəman övladları da şəhidliyi hər zaman Vətənə olan sevginin təcəssümü olaraq görmüşlər. Qəlbi daim Vətən sevgisi ilə döyünən və bu amal uğrunda canından keçən həmin igid oğullarımız arasında Kənan Quliyev və Miryasin Seyidov da var.

2020-ci il oktyabrın 26-da əbədiyyətə qovuşan şəhidlərimizin bu gün anım günü mərasimi keçirilib. Tədbirdə Culfa Rayon İcra Hakimiyyətinin əməkdaşları, şəhidlərimizin ailə üzvləri, şəhid ailələri və rayon ictimaiyyəti iştirak edib.