Ramilə Seyidovanın vətəndaşlarla növbəti görüşü olub -

Ramilə Seyidovanın vətəndaşlarla növbəti görüşü olub - FOTO

27 Aprel 2025

Aprelin 26-da Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova Culfa rayonunun Ərəzin kəndində sakinlərlə görüş keçirib və onların müraciətlərini dinləyib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, komitə sədri sakinlərin müraciətlərini ayrı-ayrılıqda dinləyib, əməkdaşlar tərəfindən müraciətlər protokollaşdırılıb. Müraciətlər əlilliyin təyin edilməsinə köməklik göstərilməsi, aliment məsələsi, ailə məsələsi və digər məsələlərlə bağlı olub.

Görüş zamanı vətəndaşlara qanunvericilik çərçivəsində hüquqi izahatlar verilmiş, Komitənin səlahiyyətləri daxilində olan müraciətlər nəzarətə götürülmüş və protokollaşdırılması təmin edilmişdir.