Naxçıvanda “Teatr Çələngi” layihəsi çərçivəsində növbəti tamaşa təqdim olunacaq

Naxçıvanda “Teatr Çələngi” layihəsi çərçivəsində növbəti tamaşa təqdim olunacaq

18 Aprel 2025

Naxçıvanda uğurla davam edən “Teatr Çələngi” layihəsi çərçivəsində növbəti teatr çıxışı baş tutacaq. Aprelin 25-də saat 19:00-da Rza Təhmasib adına Şərur Rayon Xalq Teatrı İlyas Sadıqovun “Molla Nəsrəddinin beş arvadı” komediyası ilə Naxçıvan Dövlət Milli Dram Teatrının səhnəsində çıxış edəcək.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, tamaşanın rejissoru Nəsimi Məmmədzadə, quruluşçu rəssamı İlham İsmayılov, işıq rəssamı isə Sabir Cəfərovdur.
Biletlər teatrın kassasında satışdadır.


Qeyd edək ki, 10 martdan start götürən “Teatr Çələngi” layihəsi çərçivəsində qarşıdakı tarixlərdə daha bir neçə rayon teatrının çıxışı nəzərdə tutulub:


• 16 may – K.Ziya adına Ordubad Rayon Xalq Teatrı
• 30 may – Babək Rayon Xalq Teatrı
• 13 iyun – Şahbuz Rayon Xalq Teatrı
• 27 iyun – Naxçıvan şəhər Xalq Teatrı


Tamaşalara teatrsevərlərin böyük marağı gözlənilir.