
Naxçıvan şəhərində avtomobil iki piyadanı vurub - FOTO
Naxçıvan şəhərində avtomobil iki piyadanı vuru
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, hadisə şəhərin Heydər Əliyev prospektində baş verib. Belə ki, "KİA" markalı avtomobil yolu qarşı tərəfə keçən 2006-cı il təvəllüdlü Allahverdiyev Amin İntiqam oğlu və Məhərrəmov Zaur Füzuli oğlunu vurub.
Onlar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər, vəziyyətlərinin orta olduğu bildirilir.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.