Naxçıvan MR Meliorasiya və Su Təsərrüfatı ASC-də “44 günlük Vətən müharibəsi şanlı tariximizdir” adlı tədbir keçirilib -

Naxçıvan MR Meliorasiya və Su Təsərrüfatı ASC-də “44 günlük Vətən müharibəsi şanlı tariximizdir” adlı tədbir keçirilib - FOTO

02 Noyabr 2023

Naxçıvan MR Meliorasiya və Su Təsərrüfatı ASC-də “44 günlük Vətən müharibəsi şanlı tariximizdir” adlı tədbir keçirilib.

NAXCİVANXEBERLERİ.COM məlumat verir ki, tədbirdə Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra çıxışlar dinlənilib.

Naxçıvan Muxtar Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədr müavini Faiq Şıxəliyev çıxışı zamanı bildirib ki, Qarabağa uzanan Zəfər yoluna ilk addımlar Aprel döyüşlərində atıldı. Daha sonra 2018-ci ilin may ayında isə Naxçıvan Muxtar Respublikasının 11 min hektardan çox ərazisi, o cümlədən Şərur rayonunun Günnüt kəndi düşməndən azad edildi, dövlət sərhədi boyunca əlverişli yüksəkliklər ələ keçirildi. 2020-ci il iyulun 12-də Ermənistan silahlı birləşmələrinin Azərbaycanın dövlət sərhədinin Tovuz rayonu istiqamətində törətdikləri təxribatların qarşısı qətiyyətlə alındı. Ermənistanın ölkəmizə qarşı yürütdüyü təcavüzkar siyasət isə 2020-ci il 27 sentyabrdan başlayan Vətən müharibəsi ilə son qoyuldu. 44 günlük şanlı Vətən müharibəsi nəticəsində noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edildi. Noyabrın 10-da imzalanan üçtərəfli Bəyanat ilə münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması mümkün oldu. Tariximizə 44 günlük Vətən müharibəsi kimi daxil olan İkinci Qarabağ müharibəsi Azərbaycanın möhtəşəm Zəfəri ilə yekunlaşdı.

Çıxışlar zamanı vurğulandı ki, şanlı Qələbədən ötən 3 il ərzində işğaldan azad edilmiş regionlarımızda yeni infrasrukturun quruldu, yeni evlər tikildi, o cümlədən yolların və digər kommunikasiya sistemləri yenidən yaradıldı. Görülən işlər bir daha onu sübut etdi ki, Azərbaycan Prezdenti cənab İlham Əliyevin səyləri ilə işğaldan azad edilən torpaqlarımızda yenidən həyat canlandı, iqtisadi yüksəliş başladı.