
H.Cavid adına 5 nömrəli tam orta məktəbdə şən-startlar yarışı keçirilib - FOTO
H.Cavid adına 5 nömrəli tam orta məktəbdə Naxçıvan Dövlət Universitetinin Pedaqoji fakültəsinin "Məşqçilik" ixtisası üzrə təcrübə keçən tələbələrinin və məktəbin fiziki tərbiyə müəllimlərinin təşkilatçılığı ilə şagirdlər arasında şən-startlar üzrə əyləncəli idman yarışı təşkil olunub. Yarışmada şagirdlər müxtəlif idman növlərində bacarıqlarını nümayiş etdiriblər.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, sonda qaliblər və təcrübəçi tələbələr məktəb rəhbərliyi və fakültə rəhbərliyi tərəfindən diplomla təltif olunublar.