Elxan Nəcəfov Kəngərli rayonunda vətəndaş qəbulu keçirəcək
Naxçıvan Muxtar Respublikasının təhsil naziri Elxan Nəcəfov 28 noyabr tarixində Kəngərli rayonunda vətəndaşları qəbul edəcək.
"️NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, Kəngərli rayon sakinləri 27 noyabr (saat 18:00-dək) tarixinədək (060 4854080) “WhatsApp” nömrəsinə müraciətin məzmununu qeyd etməklə qəbula yazıla bilərlər.
Qeyd edək ki, vətəndaş qəbulu saat 11:00-dan 13:00-dək Kəngərli Rayon Təhsil Şöbəsinin inzibati binasında keçiriləcək.