Cəzaçəkmə müəssisəsində məhkum qadınlar və yeniyetmələr üçün bayram keçirilib

Cəzaçəkmə müəssisəsində məhkum qadınlar və yeniyetmələr üçün bayram keçirilib

20 Mart 2025

Novruz bayramı Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin 4 saylı cəzaçəkmə müəssisəsi və Yetkinlik yaşına çatmayanlar üçün penitensiar müəssisəsində təntənəli şəkildə qeyd edilib.

Bu barədə "NAXÇIVANXƏBƏRLƏRİ"-nə xidmətdən məlumat verilib.

Bildirilib ki, bayram münasibətilə müəssisələrdə xüsusi tədbirlər təşkil edilib.

Məhkum qadınlar və yeniyetmələr üçün keçirilən tədbirdə onların hazırladığı Novruzun rəmzlərini və adət-ənənələrini əks etdirən əyləncəli və musiqili proqramlar nümayiş olunub.