Azərbaycan və İsrail avtomobillərlə yük daşınması imkanlarını müzakirə edib

Azərbaycan və İsrail avtomobillərlə yük daşınması imkanlarını müzakirə edib

07 Aprel 2025

Azərbaycan və İsrail arasında yüklərin avtomobil nəqliyyatı ilə daşınması imkanları müzakirə edilib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev "X" sosial şəbəkəsindəki hesabında bildirib.

"İsrailə səfər çərçivəsində bu ölkənin nəqliyyat və yol təhlükəsizliyi naziri Miri Reqev ilə görüşdük. Ölkələrimiz arasında tranzit potensialı, hava nəqliyyatı sahəsində əməkdaşlıq, yüklərin avtomobil nəqliyyatı ilə daşınması imkanlarını və nəqliyyat sahəsində insan kapitalının inkişafı ilə bağlı əməkdaşlıq perspektivlərini müzakirə etdik. İsrailin yol təhlükəsizliyi və "ağıllı" nəqliyyat idarəetmə sistemləri üzrə qabaqcıl təcrübəsinin öyrənilməsinə dair fikir mübadiləsi apardıq", - deyə o qeyd edib.