
Azərbaycan parataekvondoçusu Prezident Kubokunda bürünc medal qazanıb
Azərbaycan parataekvondoçusu Sabir Zeynalov (58 kq) Çinin Taiyan şəhərində keçirilən Prezident Kubokunda bürünc medal qazanıb.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu barədə Taekvondo Federasiyasının mətbuat xidməti məlumat yayıb.
1/8 finalda özbəkistanlı, 1/4 finalda isə monqolustanlı rəqibinə qalib gələn S.Zeynalov yarımfinalda uduzaraq üçüncü yeri tutub.