Zakir Həsənov: Azərbaycanın 12 faizdən artıq ərazisi minalarla əhatə olunub

Zakir Həsənov: Azərbaycanın 12 faizdən artıq ərazisi minalarla əhatə olunub

10 İyun 2024

Azərbaycanın 12 faizdən artıq ərazisi minalarla əhatə olunub.

"NAXÇIVANXƏBƏRLƏRİ"-nin xəbərinə görə, bu barədə müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycanda rəsmi səfərdə olan Gürcüstanın müdafiə naziri cənab İrakli Çikovani ilə görüşü zamanı bildirib.

Vətən müharibəsindən sonra azad edilmiş ərazilərdə görülən işlərdən danışan nazir ölkəmizin 12 faizindən artıq ərazisinin minalarla əhatə olunduğunu bildirib. Qeyd edilib ki, minaların partlaması nəticəsində 361 nəfər mülki şəxs və hərbi qulluqçumuz xəsarət alıb, onlardan 68 nəfəri isə həlak olub.