![Xankəndidə silah-sursat aşkarlanıb](http://admin.naxcivanxeberleri.com/storage/uploads/images/blog/xankendide-silah-sursat-askarlanib-1712036410.jpg)
Xankəndidə silah-sursat aşkarlanıb
Polis əməkdaşları Xankəndi şəhərində avtomat, pulemyot və qumbaralar tapıblar.
Bu barədə NAXCİVANXEBERLERİ.COM-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, keçirilən tədbirlərlə aprelin 1-də Xankəndi şəhəri ərazisindən 1 avtomat silahı, 1 pulemyot, 5 qumbara, 2 alışdırıcı, 10 patron darağı, 3589 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.
Mənsurə Hümbətova