![Xankəndidə avtomat və dronlar tapılıb](http://admin.naxcivanxeberleri.com/storage/uploads/images/blog/xankendide-avtomat-ve-dronlar-tapilib-1709273733.jpg)
Xankəndidə avtomat və dronlar tapılıb
Polis əməkdaşları Xankəndi şəhərində avtomat və dronlar aşkarlayıb.
Bu barədə NAXCİVANXEBERLERİ.COM-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib
Bildirilib ki, keçirilən tədbirlərlə fevralın 29-da Xankəndi şəhəri ərazisində 3 ədəd dron, 12 ədəd müxtəlif markalı avtomat silahı, 39 ədəd müxtəlif markalı tüfəng, 8 patron darağı, 545 ədəd müxtəlif çaplı patron, 30 ədəd rabitə vasitəsi və digər sursatlar aşkar olunaraq götürülüb.
Mənsurə Hümbətova