![Xankəndidə avtomat, pulemyot və qumbaralar aşkarlanıb](http://admin.naxcivanxeberleri.com/storage/uploads/images/blog/xankendide-avtomat-pulemyot-ve-qumbaralar-askarlanib-1709364612.jpg)
Xankəndidə avtomat, pulemyot və qumbaralar aşkarlanıb
Polis əməkdaşları Xankəndi şəhərində avtomat, pulemyot və qumbaralar aşkarlayıb.
Bu barədə NAXCİVANXEBERLERİ.COM-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə martın 1-də Xankəndi şəhəri ərazisində 15 ədəd müxtəlif markalı avtomat silahı, 2 ədəd pulemyot, 1 tapança, 2 tüfəng, 22 ədəd qumbara, 12 alışdırıcı, 46 patron darağı, 1655 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.
Mənsurə Hümbətova