Uşaq əməyinin istismarının qarşısının alınması ilə bağlı maarifləndirici tədbir keçirilib -

Uşaq əməyinin istismarının qarşısının alınması ilə bağlı maarifləndirici tədbir keçirilib - FOTO

13 Fevral 2025

Uşaq əməyinin istismarının qarşısının alınması ilə bağlı 13 fevral 2025-ci il tarixdə Şərur şəhər 2 nömrəli tam orta məktəbdə yuxarı sinif şagirdləri, müəllim və valideynlərin iştirakı ilə maarifləndirici tədbir keçirilib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, tədbiri giriş sözü ilə açan Şərur Rayon İcra Hakimiyyətinin əməkdaşı Kamal İsmayılov bildirilib ki, ölkəmizin milli qanunvericilik sistemi uşaq hüquqları ilə bağlı müxtəlif beynəlxalq sənədlərdən irəli gələn normalar əsasında daha da təkmilləşdirilib.

Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşı Elsun Cahangirli təqdimat vasitəsilə tədbir iştirakçılarına uşaq əməyinin qadağan olunması halları haqqında ətraflı məlumat verib. Bildirilib ki, uşaq əməyinin istismarı uşaqların fiziki, əqli, emosional və sosial inkişafına mənfi təsir göstərən amildir. Buna görə də valideynlər və cəmiyyətin digər üzvləri uşaq əməyinin zərərləri və qanunsuzluğu barədə məlumatlandırılır. Komitə tərəfindən keçirilən maarifləndirmə tədbirləri uşaqların təhsilinə və sağlamlığına daha çox diqqət artırılmasını təşviq edir. Şərur rayon Təhsil Şöbəsinin əməkdaşı Ədalət Əhmədov da mövzu ilə bağlı fikirlərini bildirmişdir. Tədbir diskussiya formatında davam etmiş və sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Maarifləndirici tədbirdən 60 nəfər yararlanmış, mövzu ilə bağlı broşürlər paylanılmışdır.