Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş silsilə tədbirlər keçirilib - FOTO

Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş silsilə tədbirlər keçirilib - FOTO

27 May 2023

Azərbaycan Respublikasında 2023-cü ilin "Heydər Əliyev İli" elan edilməsi haqqında Azərbaycan Prezidentinin Sərəncamının icrası ilə əlaqədar müdafiə nazirinin təsdiq etdiyi plana əsasən Azərbaycan Ordusunda keçirilən silsilə tədbirlər davam etdirilir.

Bu barədə NAXCİVANXEBERLERİ.COM-a Müdafiə Nazirliyindən məlumat verilib.

Ulu Öndərin 100 illiyi ilə əlaqədar olaraq Müdafiə Nazirliyinin tabeliyindəki müəssisə və hərbi hissələrdə növbəti tədbirlər keçirilib.

Keçirilən tədbirlərdə əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzülərək xatirəsi ehtiramla anılıb. Ulu Öndərin və Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Azərbaycan Respublikasının Dövlət Himni ifa edilib.

Ümummilli Liderin Azərbaycan xalqının tarixində dərin iz qoymuş şərəfli ömür yolundan, siyasi fəaliyyətindən, dövlətçiliyimizin, müstəqilliyimizin qurulması və möhkəmləndirilməsi istiqamətində gördüyü misilsiz işlərdən, həyata keçirdiyi uğurlu islahatlardan bəhs edən videoçarxlar nümayiş etdirilib.

çıxış edənlər əbədiyaşar dahi liderin uzaqgörən daxili və xarici siyasəti nəticəsində Azərbaycanda hərbi kadrların hazırlanmasında əvəzsiz xidmətlərindən, hərbi təhsil sahəsində həyata keçirdiyi uğurlu islahatlardan danışıblar.

Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin solistlərinin ifasında Ulu Öndər Heydər Əliyevə həsr olunmuş mahnılar səsləndirilib.