
Azərbaycan Ordusunda hərbiləşdirilmiş kros birinciliyi keçirilib
Cari ilin hazırlıq planına uyğun olaraq, Azərbaycan Ordusunun "Qaraheybət" Təlim Mərkəzində hərbi qulluqçular arasında məsafəli qaçış üzrə "Hərbiləşdirilmiş kros birinciliyi" keçirilib.
Bu barədə MN-dən "NAXÇIVANXƏBƏLƏRİ"-nə verilən məlumatda qeyd edilib.
Tədbir Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb. Daha sonra şəxsi heyətə yarışın şərtləri izah olunub.
Plana əsasən, yarış çərçivəsində 3000 metrlik məsafədə qaçış, atıcı silahdan atəş və qumbaraatma üzrə fəaliyyətlər icra edilib.
Hərbi qulluqçuların döyüş hazırlığı səviyyəsinin artırılması məqsədi daşıyan bu tədbirdə iştirakçılar yüksək peşəkarlıq nümayiş etdirərək qarşıya qoyulan tapşırıqları uğurla yerinə yetiriblər.
Yarışın yekununda fərqlənən hərbi qulluqçular və komandalar kubok, fəxri fərman və diplomlarla mükafatlandırılıblar.