Hərbi qulluqçumuz NATO Müdafiə Kollecinin Regional Əməkdaşlıq kursunu uğurla başa vurmuşdur

Hərbi qulluqçumuz NATO Müdafiə Kollecinin Regional Əməkdaşlıq kursunu uğurla başa vurmuşdur

24 Aprel 2025

Cari ilin 24 aprel tarixində İtaliya Respublikasının paytaxtı Roma şəhərində yerləşən NATO Müdafiə Kollecinin növbəti buraxılışı keçirilmişdir.

Bu barədə "NAXÇIVANXƏBƏRLƏRİ"-nə Müdafiə Nazirliyindən (MN) məlumat verilib. 

Azərbaycan Ordusunun hərbi qulluqçusu polkovnik-leytenant Elnur Xudayəttinov 33-cü NRCC Nato Regional Əməkdaşlıq Kursundan müvəfəqiyyətlə məzun olmuşdur.

Qeyd edək ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Roma şəhərində yerləşən NATO Müdafiə Kolleci ilə artıq uzun illərdir əməkdaşlıq edir. Hərbi qulluqçularımızın bu kurslarda iştirakı Azərbaycan-NATO tərəfdaşlığının bariz göstəricisidir. Bu kollecdən məzun olan zabitlərimiz Azərbaycan Silahlı Qüvvələri sıralarında layiqincə hərbi xidmət keçirlər.