
Səhiyyə Nazirliyinin nümayəndələri şəhid ailəsini ziyarət edib - FOTO
Müqəddəs Ramazan ayı münasibətilə Naxçıvan Muxtar Respublikası Səhiyyə naziri və Nazirliyin bir qrup əməkdaşı şəhid Sahil Məmmədovun ailəsini ziyarət edib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, görüş zamanı şəhid ailələrinə göstərilən dövlət qayğısı və cəmiyyətin onlara olan ehtiramı bir daha vurğulanıb.
Qeyd edilib ki, hazırda Naxçıvan səhiyyə sistemində 200-dən çox şəhid ailəsi üzvü və qazilər işlə təmin olunub. Onların səhiyyə sahəsində fəaliyyəti yalnız sosial təminat məqsədi daşımır, eyni zamanda cəmiyyətə xidmət etməyə imkan yaradır.