Ramilə Seyidova Şərur rayonunun Zeyvə kəndində vətəndaşlara görüşüb -

Ramilə Seyidova Şərur rayonunun Zeyvə kəndində vətəndaşlara görüşüb - FOTO

26 Yanvar 2025

Yanvarın 25-də Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova Şərur rayonunun Zeyvə kəndində sakinlərlə görüş keçirib və onların müraciətlərini dinləyib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, müraciətlər əsasən ünvanlı sosial yardımın təyin olunması, məşğulluqla bağlı işlə təminat və digər sosial məsələləri əhatə edib.

Görüş zamanı vətəndaşlara qanunvericilik çərçivəsində hüquqi izahatlar verilmiş, komitənin səlahiyyətləri daxilində olan müraciətlər nəzarətə götürülmüş və protokollaşdırılması təmin edilib.