![Naxçıvanda fevralın 5-nə olan hava proqnozu](http://admin.naxcivanxeberleri.com/storage/uploads/images/blog/naxcivanda-fevralin-5-ne-olan-hava-proqnozu-1738699447.jpg)
Naxçıvanda fevralın 5-nə olan hava proqnozu
Naxçıvan Muxtar Respublikasında fervarlın 5-nə gözlənilən hava proqnozu açıqlanıb.
Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Mərkəzindən "NAXÇIVANXƏBƏRLƏRİ"-nə verilən məlumata əsasən, Naxçıvan Muxtar Respublikasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi və bəzi yerlərdə duman olacağı gözlənilir. Qərb küləyinin sürətinin saniyədə 5-10 metr arasında dəyişəcəyi, bəzi saatlarda isə küləyin sürətinin artacağı proqnozlaşdırılır.
Havanın temperaturunun gecə 3-8° şaxta, gündüz isə 5+10° isti olacağı ehtimal olunur.