Prezident İlham Əliyev Naxçıvanın incəsənət xadimlərini təltif edib -

Prezident İlham Əliyev Naxçıvanın incəsənət xadimlərini təltif edib - SƏRƏNCAM

09 May 2024

Prezident İlham Əliyev mayın 9-da "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında" sərəncam imzalayıb.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki,  təltif olunanlar arasında Naxçıvan Muxtar Respublikasının incəsənət xadimləri də var. Prezidentin sərəncamı ilə, Abdullayev İlkin Əşrəf oğlu, Allahverdiyev Həbib Rəşad oğlu, Ələsgərova Əfqanə Elşad qızı, Əliyev Məhəmməd Əli oğlu, Hüseynova Nərmin Mətləb qızı, Qibləliyev İsrafil Arif oğlu, Məmmədov Hakim İlham oğlu, Məmmədova Səkinə Çapay qızı, Novruzova Kəklik Vəliəddin qızı və Tağıyev Cəfər Vəli oğluna Azərbaycan Respublikası Prezidentinin mükafatları verilib.

Mənsurə Hümbətova