Ötən il 216 kriminal qrup zərərsizləşdirilib
Ötən il ağır və xüsusilə ağır cinayətlər törətmiş 3 min 271 nəfər tutulub, 216 kriminal qrup zərərsizləşdirilib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu barədə Daxili İşlər Nazirliyində ötən ilin yekunlarına həsr olunmuş Kollegiya iclasında bildirilib.
Məlumata görə, xırda talamaların açılmasının nəticələri 3 faiz bəndi yaxşılaşaraq 87,5 faizə yüksəlib.