Növbəti “KOB FEST” sərgi-satış yarmarkası Naxçıvanda keçiriləcək
İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə növbəti “KOB FEST” sərgi-satış yarmarkası Naxçıvanda keçiriləcək.
"NAXÇIVANXƏBƏRLƏRİ" agentliyə istinadən xəbər verir ki, 4-6 oktyabr tarixlərində təşkil olunacaq yarmarkada məhsul və xidmətlərini təqdim etmək istəyən Naxçıvan şəhərindən və ətraf rayonlardan olan KOB subyektləri sentyabrın 26-dək Agentliyin saytındakı müvafiq formanı doldurmaqla müraciət edə bilərlər:
ttps://smb.gov.az/az/nav/sergilerde-istiraka-destek (“İştirak etmək istədiyiniz tədbir” bölümündə “KOB Fest – Naxçıvan” qeyd olunmalıdır).
Mikro və kiçik sahibkarların yarmarkada iştirak etməsi üçün ödəniş nəzərdə tutulmur.
“KOB FEST” sərgi-satış yarmarkasının məqsədi KOB subyektlərinin istehsal etdiyi məhsul və xidmətləri tanıtmaq və onların satış imkanlarını genişləndirməkdir. Yarmarka çərçivəsində mədəni-əyləncəli proqram və master klasslar da təşkil olunacaq.