Naxçıvanda məktəblərdə payız-qış mövsümü ilə bağlı hazırlıq işlərinə başlanılıb - FOTO
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən payız-qış mövsümündə fasiləsiz tədrisin həyata keçirilməsi məqsədi ilə təhsil müəssisələrində hazırlıq işlərinə başlanılıb.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, 2024-2025-ci tədris ilində Nazirliyinin tabeliyində fəaliyyət göstərən 211 ümumtəhsil, 35 məktəbdənkənar, 20 məktəbəqədər, 3 peşə təhsili olmaqla ümumilikdə 269 təhsil müəssisəsində tədris prosesi həyata keçiriləcək və bu müəssisələr hamısı istilik sistemi ilə işləyəcəkdir.
Payız-qış mövsümünə hazılıqla bağlı hazırda qazanxanalara və istilik xətlərinə baxış keçirilir, mövcud vəziyyəti araşdırılır. Yaxın günlərdə nasazlıqlar olan təhsil müəssisələrinin istilik sistemlərində təmir işlərinə başlanılacaq.