Naxçıvanda HİŞ tərəfindən ittifaq üzvləri üçün endirim davam edir - FOTO
Fevralın 8-də Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının ittifaq üzvlərindən növbəti 57 nəfərin Ağbulaq İstirahət Mərkəzində iki günlük istirahəti təşkil olunub.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, proqram çərçivəsində ittifaq üzvləri üçün maraqlı intellektual bilik yarışı, şahmat, tennis və cizgi film personajlarının iştirakı ilə digər əyləncəli oyunlar da təşkil edilib.
Qeyd edək ki, Şuranın ittifaq üzvləri aldıqları yollayışların dəyərinin cəmi 15%-ni ödəməklə Mərkəzdə xizək meydançasından, kanat xəttindən, gündə 3 dəfə dadlı təamlardan və yaradılan bütün şəraitlərdən faydalanaraq vaxtlarını səmərəli keçiriblər.