
Naxçıvanda “Heydər Əliyev və milli dövlətçilik məsələləri” respublika elmi konfransı öz işinə başlayıb - FOTO, YENİLƏNƏCƏK
Bu məqsədlə “ADA” Universitetinin rektoru professor Hafiz Paşayev, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru professor Ədalət Muradov, Mingəçevir Dövlət Universitetinin rektoru dosent Şahin Bayramov, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru professor Mahirə Hüseynova Naxçıvanda səfərdədir.
NAXCİVANXEBERLERİ.COM məlumat verir ki, konfrans iştirakçıları əvvəlcə ulu öndərin Naxçıvan şəhərindəki abidəsini ziyarət edib, önünə gül dəstələri düzüb, ehtiramlarını bildiriblər.
Qeyd edək ki, konfrans “Naxçıvan" Universitetində keçirilib.
Konfransdan sonra tədbir Naxçıvan Dövlət Milli Dram Teatrında bədii hissə ilə davam edir.