Naxçıvanda aprelin son gününə olan hava proqnozu

Naxçıvanda aprelin son gününə olan hava proqnozu

30 Aprel 2024

Naxçıvan Muxtar Respublikasında  aprelin 30-na gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən "NAXÇIVANXƏBƏRLƏRİ"-nə verilən məlumata əsasən, Naxçıvan şəhərində, Babək, Culfa, Ordubad, Sədərək, Şahbuz, Kəngərli və Şərur rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağıntılı olacağı, şimşək çaxacağı ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 10-15°, gündüz 25-30° isti olacaq.

Mənsurə Hümbətova