
Naxçıvanda aprelin 7-nə olan hava proqnozu
Naxçıvan Muxtar Respublikasında aprelin 7-nə gözlənilən hava proqnozu açıqlanıb.
Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Mərkəzindən "NAXÇIVANXƏBƏRLƏRİ"-nə verilən məlumata əsasən, Naxçıvan şəhərində və muxtar respublikanın digər ərazilərində hava şəraitinin fasilələrlə yağmurlu keçəcəyi və şimşək çaxacağı ehtimal olunur. Qərb küləyinin sürətinin saniyədə 5-10 metr arasında dəyişəcəyi, bəzi ərazilərdə isə arabir güclənəcəyi gözlənilir. Havanın temperaturunun gecə 6-11°, gündüz isə 19-24° isti olacağı proqnozlaşdırılır.