Naxçıvanda aprelin 6-na olan hava proqnozu

Naxçıvanda aprelin 6-na olan hava proqnozu

06 Aprel 2025

Naxçıvan Muxtar Respublikasında  aprelin 6-na gözlənilən hava proqnozu açıqlanıb.

Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Mərkəzindən "NAXÇIVANXƏBƏRLƏRİ"-nə verilən məlumata əsasən, Naxçıvan şəhərində və muxtar respublikanın digər ərazilərində hava şəraitinin fasilələrlə yağmurlu keçəcəyi və şimşək çaxacağı ehtimal olunur. Qərb küləyinin sürətinin saniyədə 5-10 metr arasında dəyişəcəyi, bəzi ərazilərdə isə arabir güclənəcəyi gözlənilir. Havanın temperaturunun gecə 6-11°,  gündüz isə 19-24° isti olacağı proqnozlaşdırılır.