
Naxçıvanda aprelin 14-nə olan hava proqnozu
Naxçıvan Muxtar Respublikasında aprelin 14-nə gözlənilən hava proqnozu açıqlanıb.
Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Mərkəzindən "NAXÇIVANXƏBƏRLƏRİ"-nə verilən məlumata əsasən, Naxçıvan Muxtar Respublikasında hava şəraiti əsasən yağmursuz olacaq. Lakin muxtar respublikanın bəzi yerlərində yağış yağacağı və şimşək çaxacağı, yüksək dağlıq ərazilərdə isə qar yağacağı gözlənilir. Qərb küləyinin sürəti 9-14 m/s arasında dəyişəcək, bəzi ərazilərdə isə arabir güclənməsi ehtimal olunur. Havanın temperaturu gecə saatlarında 2-7° isti, gündüz isə 13-18° isti olacaq.