Naxçıvan Sağlamlıq Mərkəzində yeni tibbi avadanlıqlar istifadəyə verildi
Naxçıvan Sağlamlıq Mərkəzinin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində növbəti mühüm addımlar atılıb. Mərkəzin fəaliyyətinin daha effektiv təşkili üçün müasir standartlara cavab verən yeni tibbi avadanlıqlar və ləvazimatlar alınıb. Bu yeniliklər tibb işçilərinə xəstələrə daha dəqiq və yüksək keyfiyyətli xidmət göstərməyə imkan yaradacaq.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, yeni avadanlıqlar sırasında reanimasiya xəstə çarpayısı, xəstəyuma xərəyi və xəstə daşıyıcı kran yer alır. Bu avadanlıqlar xəstələrin təhlükəsiz və rahat daşınmasını təmin etməklə yanaşı, reanimasiya sahəsində personalın işini asanlaşdıracaq. Görülən tədbirlər səhiyyə xidmətlərinin keyfiyyətinin yüksəldilməsinə yönəlib.
Bu addımlar Naxçıvanda tibbi xidmətlərin inkişaf etdirilməsi və əhalinin sağlamlığının qorunması istiqamətində atılan mühüm addımların tərkib hissəsidir.