Müdafiə Nazirliyinin nümayəndələri NATO-nun yüksək rütbəli zabitləri ilə görüşüb
Azərbaycan Müdafiə Nazirliyinin nümayəndələri NATO-nun "Sülh Naminə Tərəfdaşlıq" proqramı çərçivəsində Brunsumda (Niderland krallığı) Müttəfiq Qüvvələrin Birləşmiş Komandanlığında (JFCBS) ekspert-qərargah görüşü keçiriblər.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu barədə JFCBS-in "X" sosial şəbəkəsindəki rəsmi səhifəsində paylaşım edilib.
“Azərbaycan Müdafiə Nazirliyinin beynəlxalq əməkdaşlıq şöbəsinin nümayəndələri son illərdə hərbi əməkdaşlığın praktiki aspektlərini qiymətləndirmək və gələcək üçün planları müəyyən etmək üçün JFCBS, Avropa Müttəfiq Qüvvələrinin Ali Qərargah Komandanlığı və NATO-nun Beynəlxalq Hərbi Qərargahından olan həmkarları ilə görüşüblər. Bu cür tərəfdaşlıq NATO-nun fəaliyyəti üçün çox vacibdir. İki tərəfdaş arasında dialoq, eləcə də hərbi əməkdaşlıq davam edəcək”, - paylaşımda qeyd edilib.