Milli Məclisdə ilkin səhiyyə xidməti ilə bağlı dinləmə keçiriləcək

Milli Məclisdə ilkin səhiyyə xidməti ilə bağlı dinləmə keçiriləcək

21 Yanvar 2025

Milli Məclisin yaz sessiyası müddətində səhiyyə sahəsinə dair iki dinləmənin keçirilməsi nəzərdə tutulub.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu, parlamentin Səhiyyə komitəsinin 2025-ci ilin yaz sessiyası üçün iş planının layihəsində əksini tapıb.

Komitənin bugünkü iclasında məlumat verilib ki, sessiya dövründə “İlkin səhiyyə xidməti: mövcud vəziyyət, görülən işlər, problemlər və onların həlli yolları” və “Dərman vasitələri haqqında” qanunun monitorinqi ilə bağlı ictimai dinləmələr keçiriləcək.