Milli Məclis yanında Toponimiya Komissiyasının tərkibində dəyişiklik edilir
Milli Məclis yanında Toponimiya Komissiyasının tərkibində dəyişiklik edilir.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bununla bağlı Azərbaycan Respublikasının Milli Məclisi yanında Toponimiya Komissiyasının tərkibi haqqında məsələ Milli Məclisin Regional məsələlər komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılıb.
Layihəyə əsasən, deputat Elnarə Akimova, Azərbaycan Dövlət Pedaqoji Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru, filologiya elmləri doktoru, professor Mahirə Hüseynova, deputat Anar İsgəndərov, Nəsimi adına Dilçilik İnstitutunun Toponimika şöbəsinin müdiri filologiya üzrə fəlsəfə doktoru, dosent Elçin İsmayılov Toponimiya Komissiyasının tərkibinə daxil edilirlər.
Komissiyanın sədr müavini, deputat Sevinc Fətəliyeva, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş elmi işçisi, filologiya elmləri doktoru, professor Akif İmanlı və AMEA-nın H.Əliyev adına Coğrafiya İnstitutunun Coğrafi fikir tarixi və toponimika şöbəsinin aparıcı elmi işçisi, coğrafiya üzrə fəlsəfə doktoru Mahirə Abbasova isə komissiyanın tərkibindən çıxarılırlar.
Layihə müzakirələrdən sonra Milli Məclisin plenar iclasına tövsiyə olunub.