Məzahir Pənahov: Məntəqələrə gələ bilməyən şəxslər üçün səyyar seçki qutuları təşkil ediləcək

Məzahir Pənahov: Məntəqələrə gələ bilməyən şəxslər üçün səyyar seçki qutuları təşkil ediləcək

11 Yanvar 2025

Məntəqələrə müəyyən səbəblərdən gələ bilməyən şəxslər üçün səyyar seçki qutuları təşkil ediləcək.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bunu "Report"un sorğusuna cavab olaraq Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib.

Onun sözlərinə görə, bu, Seçki Məcəlləsinin tələbidir:

"Bundan başqa, hərəkət qabiliyyəti məhdud vətəndaşlar panduslar vasitəsilə də seçki məntəqəsinə gətirilərək səsvermə prosesində iştirak edə biləcəklər".

Qeyd edək ki, Azərbaycanda bələdiyyə seçkiləri yanvarın 29-da keçiriləcək.