Məzahir Pənahov: Bütün seçki məntəqələrinin zəruri əşyalarla təminatı başa çatdırılıb

Məzahir Pənahov: Bütün seçki məntəqələrinin zəruri əşyalarla təminatı başa çatdırılıb

21 Yanvar 2025

Bütün seçki məntəqələrinin zəruri əşyalarla təminatı başa çatdırılıb.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov qurumun bugünkü iclasında deyib.

O qeyd edib ki, seçki məntəqələrinin qızdırılması və işıqlandırılması vacib məsələlərdən biridir:

"Səsvermə kabinələrinin normal işıqlandırılması seçicilər üçün vacibdir. Hansısa məntəqədə bununla əlaqədar ciddi qayda pozuntusu qeydə alınsa, onların üzvləri cəzalandırılacaq".