Keçmiş kənd təsərrüfatı naziri 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib - SƏRƏNCAM
Keçmiş kənd təsərrüfatı naziri İsmət Abasov 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
"NAXÇIVANXƏBƏRLƏRİ"-nin məlumatına görə, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev müvafiq sərəncam imzalayıb.
Sənəddə qeyd olunub ki, İsmət Abasov bu ordenlə Azərbaycanın ictimai həyatında səmərəli fəaliyyətinə görə təltif edilib.