İstehlaka yararsız “Ordubad” əmtəə nişanlı bal məhsulu utilizasiya edilib
Laboratoriya müayinələrinə əsasən uyğunsuzluq aşkarlanmış ümumi çəkisi 13 kiloqram olan istehlaka yararsız “Ordubad” əmtəə nişanlı bal məhsulu aşkarlanıb.
Naxçıvan Muxtar Respublikası Qida Təhlükəsizliyi Agentliyindən "NAXÇIVANXƏBƏRLƏRİ"-nə bildirilib ki, müvafiq rəy əsasında agentlik əməkdaşlarının nəzarəti ilə həmin məhsul utilizasiya edilib.