İpoteka Kredit və Zəmanət Fondunun nizamnamə kapitalı artırılır -

İpoteka Kredit və Zəmanət Fondunun nizamnamə kapitalı artırılır - FƏRMAN

15 Sentyabr 2023

İpoteka Kredit və Zəmanət Fondunun nizamnamə kapitalı 87,7 milyon manat və ya 9,8 % artırılaraq 980,7 milyon manata çatdırılıb.

NAXCİVANXEBERLERİ.COM məlumat verir ki, bu barədə Prezident İlham Əliyev Fərman imzalayıb.

Fərmana görə, nizamnamə kapitalının artırılması 2023-cü ilin dövlət büdcəsindən Fonda ayrılan 87,7 milyon manatla təmin ediləcək. Maliyyə Nazirliyinə maliyyələşmənin təmin edilməsi tapşırılıb.