İdmançımız “Sabahın ulduzları”nda fərqləndi -

İdmançımız “Sabahın ulduzları”nda fərqləndi - FOTO

21 Yanvar 2025

Abşeron Olimpiya İdman Kompleksində Yunan Roma və sərbəst güləş üzrə yeniyetmələr arasında “Sabahın ulduzları” turniri keçirilib. İki gün davam edən və paytaxt, region idmançılarının qatıldığı yarışda Naxçıvan Muxtar Respublikasından 1 məşqçi, 1 hakim və 5 idmançı iştirak edib.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən "NAXÇIVANXƏBƏRLƏRİ"-nə verilən məlumata əsasən, təmsilçilərimizdən Hüseyn Rəcəbli 65 kq çəki dərəcəsində üçüncü yerə sahib çıxıb. Bundan əlavə, Nihad Muradov bir neçə görüşdə hakimlik edib.