
Hərbi institutun orkestr heyəti Gürcüstanda səfərdədir
Mayın 26-da Gürcüstanda Müstəqillik Günü münasibətilə keçiriləcək silsilə tədbirlərdə iştirak etmək məqsədilə Milli Müdafiə Universitetinin Heydər Əliyev adına Hərbi İnstitutunun Hərbi Orkestri bu ölkədə səfərdədir.
Bu barədə NAXCİVANXEBERLERİ.COM-a Müdafiə Nazirliyindən məlumat verilib.
Hərbi orkestr heyəti Tbilisi şəhərində müxtəlif ölkələrdən qatılan nümayəndələrlə birgə konsert proqramları ilə çıxış edəcək.