Hərbçinin minaya düşərək xəsarət alması faktı ilə bağlı araşdırma aparılır

Hərbçinin minaya düşərək xəsarət alması faktı ilə bağlı araşdırma aparılır

29 Aprel 2024

Hərbi qulluqçunun mina partlayışı nəticəsində xəsarət alması faktı ilə bağlı araşdırma aparılır.

Bu barədə "NAXÇIVANXƏBƏRLƏRİ"- nə Baş Prokurorluqdan bildirilib.

Qeyd edilib ki, aprelin 29-da Qazax rayonunun Quşçu Ayrım kəndinin əvvəllər Ermənistanla təmas xətti olmuş və minalardan təmizlənməmiş hissəsində mina partlaması nəticəsində Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu İsmayılov Vüsal İntiqam oğlunun ayağından xəsarət alması faktı ilə bağlı Şəmkir hərbi prokurorluğunda araşdırma aparılır.

Mənsurə Hümbətova