Fiziologiya və tibb üzrə Nobel mükafatı laureatları məlum olub

Fiziologiya və tibb üzrə Nobel mükafatı laureatları məlum olub

07 Oktyabr 2024

2024-cü il Fiziologiya və tibb üzrə Nobel mükafatı amerikalı alimlər Viktor Ambros və Qeri Ravkana verilib. Mükafat mikroRNT sahəsində araşdırmalara görə verilib.

"NAXÇIVANXƏBƏRLƏRİ" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Nobel Komitəsi məlumat yayıb.

Məlumata görə, alimlər genlərin tənzimlənməsində mühüm rol oynayan kiçik RNT molekullarının yeni sinfi olan mikroRNT-ləri kəşf ediblər.

"Onların kəşfi çoxhüceyrəli orqanizmlər, o cümlədən insanlar üçün çox vacib olan gen tənzimlənməsinin tamamilə yeni prinsipini ortaya çıxarıb", - məlumatda bildirlib.