Fərid Bağırzadə Sədərəkdə vətəndaşları qəbul edib - FOTO
Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini, nazir vəzifəsinin səlahiyyətlərini müvəqqəti icra edən Fərid Bağırzadə Sədərək rayonunda vətəndaşları qəbul edib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, qəbuldan əvvəl əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini, nazir vəzifəsinin səlahiyyətlərini müvəqqəti icra edən Fərid Bağırzadə və Sədərək Rayon İcra Hakimiyyətinin başçısı Naim Cahidzadə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, ehtiramlarını bildiriblər.
Sonra Fərid Bağırzadə Sədərək rayon İcra Hakimiyyətinin inzibati binasıda vətəndaşları qəbul edib. Qəbul zamanı vətəndaşlar sosial təminat, məşğulluq, əlillik, reabilitasiya və s. məsələlərlə bağlı müraciət ediblər.