Fuad Nəcəfli Şahbuz rayonunda vətəndaşları qəbul edəcək
Noyabrın 23-ü saat 11:00-da Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli Şahbuz şəhərində vətəndaşları qəbul edəcək. Qəbul Şahbuz Rayon İcra Hakimiyyətinin inzibati binasında keçiriləcək.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, qəbula yazılmaq istəyənlər əvvəlcədən qeydiyyat üçün Şahbuz Rayon İcra Hakimiyyətinə və inzibati ərazi dairələri üzrə nümayəndəliklərə müraciət edə bilərlər.