Ermənistan Azərbaycandan qaz almağa hazır olduğunu bəyan edib

Ermənistan Azərbaycandan qaz almağa hazır olduğunu bəyan edib

18 Sentyabr 2024

Tranzit qaz kəməri Ermənistan ərazisindən keçərsə, ölkə Azərbaycandan qaz almağa hazırdır.

"NAXÇIVANXƏBƏRLƏRİ" Ermənistan mətbuatına istinadən xəbər verir ki, bunu ölkənin baş naziri Nikol Paşinyan Ümumdünya Erməni Sammitində deyib.

“Məsələn, əgər təsəvvür etsək ki, Ermənistan ərazisi ilə Azərbaycandan Naxçıvana və ya Türkiyəyə qaz kəməri keçəcək: belə bir variantı da istisna etmək olmaz”, - o bildirib.