Eplton: “Böyük Britaniya minatəmizləmə sahəsində Azərbaycanla əməkdaşlığı davam etdirəcək”

Eplton: “Böyük Britaniya minatəmizləmə sahəsində Azərbaycanla əməkdaşlığı davam etdirəcək”

25 May 2023

“Böyük Britaniya minatəmizləmə sahəsində Azərbaycan ilə əməkdaşlığı davam etdirəcək”.

NAXCİVANXEBERLERİ.COM məlumat verir ki, bunu Böyük Britaniya Müdafiə Nazirliyinin Partlayıcı maddələrlə mübarizə idarəsinin rəisi Bert Eplton Ağdamda “Mina Təhlükəsi ilə Mübarizə - Dayanıqlı İnkişafa Gedən Yol” mövzusunda keçirilən beynəlxalq humanitar konfransda bildirib.

"Təlimlərimiz uğurla davam edir. Minatəmizləmə sahəsində əməkdaşlığımızı davam etdirəcəyik, Böyük Britaniyadan mütəxəssislər dəvət edəcəyik", - Bert Eplton əlavə edib.

O, minatəmizləmə prosesinə qadın istehkamçıların da cəlb olunmasını dəstəklədiklərini vurğulayıb.