Ədliyyə nazirinin səlahiyyətləri artırılıb -

Ədliyyə nazirinin səlahiyyətləri artırılıb - FƏRMAN

22 May 2024

Azərbaycan Prezidenti 2006-cı il 18 aprel tarixli 391 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Fərman imzalayıb.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, fərmana əsasən ədliyyə nazirinin səlahiyyətləri artırılıb.

Belə ki, o, nazirliyin baş idarələrinin və idarələrinin rəislərini vəzifəyə təyin və azad edə biləcək. Əvvəllər bu, Azərbaycan Prezidenti ilə razılaşdırılmaqla həyata keçirilirdi.