DSX əməkdaşı Qazaxda minaya düşüb

DSX əməkdaşı Qazaxda minaya düşüb

29 Aprel 2024

Bu gün Qazax rayonu ərazisində mina partlayışı baş verib, xəsarət alan var.

Bu barədə "NAXÇIVANXƏBƏRLƏRİ"- a Qazax Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib.

Bildirilib ki, mina partlayışı nəticəsində xəsarət alan şəxs artıq əməliyyat edilib, onun bir neçə ayaq barmağı amputasiya olunub. Onun durumunun stabil olduğu vurğulanıb.

Minaya düşən şəxsin Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşı olduğu ehtimal edilir.

Mənsurə Hümbətova